Ər arvadına bıçaqla xəsarət yetirib

Ər arvadına bıçaqla xəsarət yetirib

Sumqayıt şəhərində ailə münaqişəsi nəticəsində xəsarət alma hadisəsi qeydə alınıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində baş verib.

İlkin məlumatlara əsasən, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya bıçaqla xəsarət yetirib. Yaralı qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hazırda fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.