Gecə Sumqayıtda daha bir yanğın olub – VİDEO

Gecə Sumqayıtda daha bir yanğın olub – VİDEO

Sumqayıtda gecə saatlarında yaşayış binasının önündə ağac yanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayonda baş verib.

Məlumata görə, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər.

Qeyd edək ki, həmin gecə şəhər ərazisində yerləşən sexlərdən biri də yanıb.