Gəncədə qadın dəm qazından zəhərlənib.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Rəqsanə Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Hadisə ilə bağlı araşdırma aparılır.












