Gəncə sakini özünə xəsarət yetirib.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, 1990-cı il Seymur Məmmədov bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 35 yaşlı kişi özünə xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Fakt araşdırılır.












