İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı

İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı

Şabran rayonunda göldən meyit tapılıb.

NOCOMMENT.az xəbər verir ki, iyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb.

Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib.

Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.