Gəncədə zəhərlənmə – 8 şagird xəstəxanalıq oldu / Adları açıqlandı + VİDEO

Gəncədə zəhərlənmə – 8 şagird xəstəxanalıq oldu / Adları açıqlandı + VİDEO

Gəncədə dönərdən zəhərlənlərin adları məlum olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, zəhərlənənlər 2014-ci il təvəllüdlü V. İsmayılov, 2014-ci il təvəllüdlü S.Tağıyeva, 2015-ci il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2015-ci il təvəllüdlü A. Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Huseynli, 2015-ci il təvəllüdlü X. Mirzəyevdir.

Qeyd edək ki, zəhərlənənlər Gəncə Şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şahidləri olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

***01:04

Gəncədə zəhərlənmə olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, 8 nəfər dönərdən zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.

Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənənlər Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbinin şagirdləri olub.

Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.