Cəlilabad rayonunun Xəlilli kəndində yanğın hadisəsi baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, yanğın kənd sakini Eldəniz Bağırova məxsus birmərtəbəli evdə olub.
Belə ki, yanğının qısa müddətdə şiddətlənməsi səbəbindən mənzil tamamilə yanıb.
Hadisə yerinə gələn FHN-in Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürüb.
Faktla bağlı araşdırma aparılır.











