Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?

Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?

Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərində yerləşən "Titan-Barrikadı" zavoduna hücum edib.

NOCOMMENT.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Məlumata görə, "Titan-Barrikadı" zavodu "İskəndər-M", "Topol-M" və "Yars" raket komplekslərinin istehsalında iştirak edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri sayılır.

Hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, Krasnooktyabrski rayonunda yerləşən müəssisələrdən birinin istehsal sahələrinə ziyan dəyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.