Gəncədə qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospketi ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını ilə Ford Tranzit markalı kiçik tutumlu yük avtomobil toqquşub. Qəza zamanı Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü N.Sadıqov və 1961-ci il təvəllüdlü S.İbrahimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.














