Goranboyda ağır qəza – Xəsarət alanların son durumu açıqlandı

Goranboyda ağır qəza – Xəsarət alanların son durumu açıqlandı

04.12.2025-ci il tarixində saat 15:25 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib.

Hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Goranboy rayonunda yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.

***16:24

Goranboyda qəzada xəsarət alanların adları məlum olub.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, xəsarət alanlar 1980-ci il təvəllüdlü Babək İsmayılov,1966-cı il təvəllüdlü Məzahir Aslanov və daha bir nəfərdir.

Xəsarət alanların müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

***15:45

Goranboyda yol qəzası olub.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ markalı minik maşını digər avtomobilə arxadan çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.