Goranboyda piyadanı avtomobil vurub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə hadisə Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndi ərazisində keçən hisəsində qeydə alınıb. Belə ki Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Əlyəddin Aslanov idarəetdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini 2011-ci il təvəllüdlü Aysu Əsədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.












