Göyçayda güclü yanğın başlayıb

Göyçayda güclü yanğın başlayıb

Göyçayda yanğın hadisəsi baş verib.

NOCOMMENT.az-ın Göyçay bürosunun məlumatına görə,  hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon ərazisində yerləşən 150 kv metr sahədə yeşik sexində yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı yaxınlıqda olan iki fərdi yaşayış evini Yanğından Mühafizə edilib.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.