Göygöldə 36 yaşlı qadının meyiti tapılıb

Göygöldə 36 yaşlı qadının meyiti tapılıb

Göygöldə rayon sakininin meyiti tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin Dilqəm Verdiyev küçəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Könül Qədimovanın meyiti yaşadığı evin qarşısında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, K.Qədimova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.