Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə hadisə Göygöl şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1996-cı il təvəllüdlü Günay Qasımova və 2023-cü il təvəllüdlü Sevinc Mövlayeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.












