Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, DAF markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən KAMAZ markalı yük maşınına çırpılıb. Nəticədə DAF markalı yük maşınının sürücüsü Qocayev Aydın Qoca oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.




















