Bu rayonda qazın verilməsində fasilə olacaq

Bu rayonda qazın verilməsində fasilə olacaq

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.