İsmayıllıda ağır yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, dünən saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrliyində Uştal kənd ərazisindən keçən yolda İ.Mahmudovun idarə etdiyi “Ford” və E.Nağıyevin sürdüyü “VAZ 2106” markalı avtomobillər toqquşub.
Nəticədə, “VAZ 2106”da olan sərnişin Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb, sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı İsmayıllı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.//Qafqazinfo










