Lənkəranda iki nəqliyyat vasitəsi toqquşub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan qadınlar özlərini narahat hiss etdiyi üçün əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.













