Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış aparıcı Leyla Mustafayeva evinin bağçasına meteorit düşdüyünü bildirmişdi.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşım edərək həmin daşın meteorit olduğunun təsdiqləndiyini yazıb.
Onun sözlərinə görə, Geologiya və Geofizika İnstitutu tərəfindən daşın meteorit olduğu rəsmi şəkildə təsdiq olunub.












