“LİV Bona Dea”nın Nigar Köçərlidən 222 min manat tələbi – İlk məhkəmə iclası keçirildi

“LİV Bona Dea”nın Nigar Köçərlidən 222 min manat tələbi – İlk məhkəmə iclası keçirildi

Mart ayının 4-də Nəsimi Rayon Məhkəməsində “LİV Bona Dea Hospital” xəstəxanasının Nigar Köçərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirilib.

NOCOMMENT.az bildirir ki, iclasda iş üzrə ilkin məsələlər müzakirə olunub və tərəflərin mövqeləri dinlənilib.

Növbəti iclas 7 aprel tarixinə təyin olunub.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sözügedən klinikada keçirdiyi əməliyyatdan sonra qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi. Onun sözlərinə görə, əməliyyatdan sonra güclü ağrılar yaşayıb və yalnız dəfələrlə müraciət etdikdən sonra ona anesteziya tətbiq olunub. O, həmçinin tibb personalının kobud münasibəti ilə qarşılaşdığını bildirib.

Köçərli sosial şəbəkə hesabında xəstəxanada keçirdiyi əməliyyatdan sonra yaşadığı sarsıntılar və qarşılaşdığı problemlərlə bağlı paylaşım etmişdi. “LİV Bona Dea” xəstəxanası isə həmin paylaşımı əsas götürərək onu məhkəməyə verib və 222 min manat məbləğində təzminat tələb edir.

Sara 

NOCOMMENT.az