Masallıda itkin düşən məktəbli tapılıb – YENİLƏNİB

Masallıda itkin düşən məktəbli tapılıb – YENİLƏNİB

Masallıda itkin düşən məktəbli tapılaraq yaxınlarına təhvil verilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində məktəblinin olduğu yer müəyyən edilib. Məktəbli tapılaraq yaxın qohumlarına təhvil verilib.

***

09:07

Masallıda məktəbli itkin düşüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 2008-ci il təvəllüdlü 9-cu sinif şagirdi Həsənli Sara Akif qızının yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.

Araşdırma aparılır.