Mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb

Mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.