Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Goranboy-Qızılhacılı yolunun rayonun Nərimanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Xan Qərvənd kənd sakini 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, Tərtər rayonun Sarov kənd sakini 1984-cü il təvəllüdlü Siyavuş Musayevin idarə etdiyi “Niva” markalı minik maşını toqquşub.
Qəza zamanı avtomobillər deformasiya uğrayıb. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlər Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Dərhal yaralılara yardım edilib.
Onların vəziyyəti ilə bağlı TƏBİB-də məlumat yayıb.
09.12.2025-ci il tarixində saat 16:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
***
Goranboyda mikroavtobusla minik maşını toqquşması zamanı xəsarət alanların sayı 6 ya çatıb.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, xəsarət alanlar 1984-cü il təvəllüdlü Aynur Əmrahova, 1994-cü il təvəllüdlü Daşqın Məmmədov, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmov, 1991-ci il təvəllüdlü Billurə Novruzova, 1995-ci il təvəllüdlü Amil Məmmədov və 1984-cü il təvəllüdlü Siyavuş Musayevdir.
Xəsarət alan şəxslər Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya düşən mikroavtobus Goranboy-Naftalan xətti üzrə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda yol qəzası olub.
NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə Mersedes markalı mikroavtobusla NİVA markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.












