Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) 03.12.2025-ci il tarixində saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bu barədə NOCOMMENT.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
***
Ağdərə rayonu ərazisində baş verən mina hadisəsi nəticəsində ağır xəsarət alan şəxs Bərdə Diaqnostika Mərkəzinə gətirilib.
NOCOMMENT.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Pənahəliyev Nazim Kamran oğlu dərhal əməliyyata alınıb.
Həkimlərin məlumatına görə, ona sağ ayağın amputasiya əməliyyatı həyata keçirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd olunur ki, mina partlayışı zamanı xəsarət alan şəxs müəllim kimi fəaliyyət göstərib.
Hadisə ilə bağlı araşdırma aparılır.













