Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü

Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü

Mingəçevirdə bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərdə “Dəli Kür” restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. /Unikal