Lənkəranda piyadanı vuran sürücü özü də komaya düşüb.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənləran şəhər sakini 1962-ci il təvəllüdlü Rəfiaddin Kintov oğlu Məmiyev, idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən piyada, Lənkəran rayon Şağlaser kənd sakini 1984-cü il təvəllüdlü Namik Yaşar oğlu Mirzəyevi vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada N.Mirzəyev təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu qoyaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Eləcə də hadisəni törədən 64 yaşlı sürücü koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Namik Mirzəyev yaşadığı ərazidə avtomobil ustası kimi tanınır.
Faktla bağlı araşdırma aparılır.













