Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – YENİLƏNDİ

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü – YENİLƏNDİ

14:17

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

NOCOMMENT.az-ın məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi. (qafqazinfo)

***

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

Saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Ölüm faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)