Qəbələdə yerləşənən “Savalan– ASPI Winery” zavodunun ərazisində fəaliyyət göstərən Şərab Muzeyində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Qeyd edək ki, sözügedən Muzey kompleksində dünyanın ən böyük taxta şərab çəlləyi, xüsusi şərab zirzəmisində yerləşir.
Çəlləyin həcmi 66.579 litr, uzunluğu 4.9 m, diametri isə 4.75 m-dir.\\xitab24.az












