Rusiyaya gedən yük qatarında gizlənərək sərhədi keçməyə cəhd edən şəxs saxlanılıb – FOTO

Rusiyaya gedən yük qatarında gizlənərək sərhədi keçməyə cəhd edən şəxs saxlanılıb – FOTO

Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya DSX-nin Mətbuat Mərləzindən məlumat verilib.

Bildirilib ki, oktyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.