Samuxda minik maşını eşşək arabasına çırpılıb – TƏFƏRRÜATLAR (YENİLƏNİB)

Samuxda minik maşını eşşək arabasına çırpılıb – TƏFƏRRÜATLAR (YENİLƏNİB)

Samuxda minik maşının eşşək arabasına çırpılmasının bəzi təfərrüatları məlum olub.

NOCOMMENT.az-ın Qərb bürosunun əldə etdiyi məlumata görə qəzaya səbəb olan Nissan markalı minik maşınını qadın sürücü idarə edirmiş. Qəzada xəsarət alan şəxslərin verdiyi məlumata görə qadın sürücü sürətlə hərəkət etdirmiş. Bu səbəbdən qəza qaçılmaz olub. Qeyd edək ki, hadisə ötən gün Samux rayonun Füzuli kəndində gedən oldu qeydə alınıb. Belə ki, qadın sürücü idarə etdiyi “Nissan “markalı minik maşını ilə hərəkətdə olan zaman eşşək arabasına çırpılıb. Nəticədə arabada olan iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***06.12- 23:39

Samuxda yol qəzası olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Füzuli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını at arabasına çırpılıb.

Qəza zamanı 1980-ci il təvəllüdlü Əsmər Ələkbərova və 2004-cü il təvəllüdü Ramil Verdiyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.