Saxlanılan məşhur müğənni polislərə görün nə təklif etdi - VİDEO

Saxlanılan məşhur müğənni polislərə görün nə təklif etdi - VİDEO

Dünyaca məşhur pop ulduzu Britney Spears qalmaqallı həbs hadisəsi ilə yenidən gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, xarici medianın yaydığı məlumata görə, təhlükəli avtomobil idarə etdiyi üçün saxlanılan müğənni polis əməkdaşlarını razı salmaq üçün onları evinə dəvət edib və lazanya bişirməyi təklif edib.

Hadisənin Kaliforniyada baş verdiyi bildirilir. Polis əməkdaşları Britni Spirsin idarə etdiyi lüks BMW markalı avtomobilin sürət həddini aşdığını və zolaq qaydalarını pozduğunu müəyyən edib. Müğənninin polis sirenlərinə bir müddət məhəl qoymadığı da qeyd olunub.

Məlumata görə, avtomobildə reseptsiz istifadə olunan Adderall dərmanı, digər psixotrop preparatlar və boş şərab qədəhi aşkarlanıb.

Yayılan səs yazılarında Britni Spirsin polis maşınına minmək istəmədiyi, bunun əvəzinə isə zabitlərə belə dediyi iddia olunur: “Evimə gəlin, sizə lazanya bişirəcəyəm, nə istəsəniz edəcəyəm...”

Bildirilir ki, müğənni hadisə zamanı emosional gərginlik keçirib, davranışlarında kəskin dəyişikliklər müşahidə olunub.

Narkotik təsiri altında avtomobil idarə etməkdə ittiham olunan Britni Spirs məhkəmə qərarı ilə 12 aylıq şərti azadlığa buraxılıb. Ona həmçinin reabilitasiya proqramı və alkoqol-maddə asılılığı ilə bağlı təlim kurslarını tamamlamaq öhdəliyi qoyulub.

Xarici media ulduzun son dövrlər psixoloji problemlərlə mübarizə apardığını da yazıb.

Sara
NOCOMMENT.az