Şəmkirdə 16 yaşlı qızı və 31 yaşlı kişini cərəyan vuraraq öldürüb – FOTO

Şəmkirdə 16 yaşlı qızı və 31 yaşlı kişini cərəyan vuraraq öldürüb – FOTO

Şəmkirdə bədbəxt hadisə baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənddə evlərdən birində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.