Şəmkirdə yaşayış binasının zirzəmisində yanğın olub

Şəmkirdə yaşayış binasının zirzəmisində yanğın olub

Şəmkirdə yanğın olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə Şəmkir şəhəri ərazisində qeydə alınıb. Belə ki şəhər ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisində yanğın başlayıb. Dərhal FHN yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, zirzəmisində qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.