SON DƏQİQƏ: Asiman Əhmədova VƏFAT ETDİ - FOTO

SON DƏQİQƏ: Asiman Əhmədova VƏFAT ETDİ - FOTO

Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.

NOCOMMENT.az xəbət verir ki, o, 44 yaşında dünyasını dəyişib.

Mərkəzin rəhbərliyi və kollektivi bununla bağlı mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Asiman Əhmədova 1982-ci ildə anadan olub. O, 2000-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Daha sonra, 2004-2006-cı illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 2008-ci ildən başlayan Asiman Əhmədova müxtəlif tibb müəssisələrində çalışıb. O, 2024-cü ildən etibarən Nizami Tibb Mərkəzində ümumi cərrah kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin.