Moskva Neft Emalı Zavodu (NEZ) iyunun 18-də Ukrayna Müdafiə Qüvvələrinin endirdiyi zərbədən sonra neft emalını qeyri-müəyyən müddətə dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Müəssisə neft emalını qeyri-müəyyən müddətə dayandırıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Moskvaya növbəti dəfə kütləvi PUA hücumları edib.











