Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü Mirzəyev Sahib Xanlar oğlu 9-cu mikrorayon ərazisində moped tərəfindən vurulub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












