Tovuzda zəncirvari qəza: “Vaz-2107” dörd maşına dəydi – Xəsarət alan var / FOTOLAR

Tovuzda zəncirvari qəza: “Vaz-2107” dörd maşına dəydi – Xəsarət alan var / FOTOLAR

Tovuzda yol qəzası olub.

NOCOMMENT.az -ın Qərb məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan iki “Mercedes”ə, “VAZ-21011” və “Chevrolet”ə çırpılıb.

Qəza zamanı “VAZ-2107”-nin sürücüsü xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.