Tovuzda zəncirvari qəza: xəsarət alanlar var – FOTO / VİDEO

Tovuzda zəncirvari qəza: xəsarət alanlar var – FOTO / VİDEO

03.12.2025    22:08

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ 21011, VAZ 2106 və Mersedes markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Video əlavə olunub