Xətai rayonunda küçədə 43 yaşlı kişi qəfil vəfat etdi

Xətai rayonunda küçədə 43 yaşlı kişi qəfil vəfat etdi

Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib.

O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.