Xırdalanda məktəb həyətində şagirdə zorakılıq: bir qrup uşaq 1 nəfəri təkləyib… – VİDEO

Xırdalanda məktəb həyətində şagirdə zorakılıq: bir qrup uşaq 1 nəfəri təkləyib… – VİDEO

Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məktəbin həyətində şagirdlər arasında xoşagəlməz insident baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

İlkin məlumatlara görə, məktəbin həyətində bir şagird bir qrup digər uşaq tərəfindən təklənərək fiziki təzyiqə məruz qalıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki,  yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Videonu təqdim edirik:

Sara

NOCOMMENT.az