Bu gün günorta saatlarında Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az-ın Qərb bürosunun verdiyi məlumata görə, belə ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı dəmir səddə çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı, Amilə Gelmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramovadır.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












