Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin hazırkı vəziyyəti məlum olub. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən rəsmi məlumat yayılıb.
NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində mayın 10-u saat 07:20-dən etibarən ümumilikdə 22 nəfər (9 kişi və 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılara dərhal zəruri tibbi müdaxilələr edilib.
Bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün o, daha ixtisaslı tibbi xidmət alması məqsədilə özəl tibb müəssisəsinə təxliyə olunub. Hazırda xəstəxanada qalan 21 nəfərdən birinin vəziyyəti ağır, birinin orta ağır, digərlərinin vəziyyəti isə stabil olaraq qalır. Həkimlərin nəzarəti altında müalicələr davam etdirilir.
Sara,











