Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Belə ki, Mercedes markalı minik avtomobili ilə Isuzu markalı yük avtomobil toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.












