Hava kəskin dəyişir: Leysan, sel, dolu...

Hava kəskin dəyişir: Leysan, sel, dolu...

Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə NOCOMMENT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.