Hollandiyada 2000 aktivist həbs edilibbackend

Hollandiyada 2000 aktivist həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada polis Haaqada parlamentə gedən A12 yolunun son hissəsini bağlayaraq, qalıq yanacaqların istifadəsinə son verilməsi üçün etiraz edən iqlim aktivistlərinə təzyiqli su ilə müdaxilə edib və təxminən 2 min aktivisti həbs edib.

NOCOMMENT.az xəbər verir ki, neft, kömür və qazdan istifadəyə son qoyulmasını tələb edən nümayişçilər hökumətin qalıq yanacaq siyasətini tənqid ediblər. Nümayişçilər bildiriblər ki, hökumət qalıq subsidiyalarını ləğv edənə qədər hər gün Haaqada parlamentə aparan A12 əsas yolunun son hissəsini bağlamağa davam edəcəklər.

Qeyd edək ki, Haaqa şəhərinin girişində A12 yolunun son hissəsini 7 dəfə bağlayan Extinction Rebellion qrupu sonuncu dəfə mayın 27-də eyni yolu bağlayaraq etiraz aksiyası keçirib və təxminən 1600 nəfər saxlanılıb.