"Bayern Münhen" "Barselona"nın ulduzunu hədəf seçdi

"Bayern Münhen" "Barselona"nın ulduzunu hədəf seçdi

"Bayern Münhen" rəhbərliyi "Barselona"nın fransalı müdafiəçisi Jül Kundeni transfer siyahısının ilk sırasına daxil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış insayder Kristian Falk məlumat yayıb. Almaniya nəhəngi Fransanın heyətində möhtəşəm dünya çempionatı keçirən 27 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Lakin bu transferin reallaşması üçün Münhen klubunun yerinə yetirməli olduğu bir şərt var: "Bayern" ilk növbədə heyətindəki oyunçulardan bəzilərini satmalıdır. Hazırda heyətdə sağ cinah müdafiəçisi mövqeyində Konrad Laymer və Yosip Stanişiç kimi futbolçuların yer alması sıxlıq yaradır. Buna baxmayaraq, klub rəhbərliyi həmin mövqeyə daha yüksək səviyyəli bir oyunçunun transfer edilməsini vacib hesab edir.

Münhen təmsilçisi Kundeni bu mövqe üçün ideal namizəd kimi görür. Əgər "Bayern" yay transfer pəncərəsində Laymer və ya Stanişiçdən birini sata bilsə, "Barselona"ya rəsmi və ciddi bir təklif göndərəcək./Offsideplus.az/