Əfsanəvi alman futbolçusu Bekkenbauer vəfat edib

Əfsanəvi alman futbolçusu Bekkenbauer vəfat edib

Əfsanəvi alman futbolçu Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky” agentliyi məlumat yayıb.

Bekkenbauer 1964-1977-ci illərdə “Bavariya”da çıxış edib. Komandanın tərkibində o, altı dəfə ölkə çempionu, dörd dəfə Almaniya kubokunun qalibi, üç dəfə isə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur.