FIFA açıqladı: Azərbaycanda futbol üzrə növbəti dünya çempionatı keçiriləcək

FIFA açıqladı: Azərbaycanda futbol üzrə növbəti dünya çempionatı keçiriləcək

FIFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, FIFA Şurasının Bürosunun qərarına əsasən, turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq. Yarışda FIFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.

FIFA bu qərarı Azərbaycanın yüksək səviyyəli idman infrastrukturu və böyükmiqyaslı beynəlxalq turnirləri qəbul etmək imkanlarını nəzərə alaraq verib. Bundan əvvəl Azərbaycanın FIFA U-20 Dünya Çempionatı (2027-ci il) yarışına da ev sahibliyi edəcəyi açıqlanmışdı.

FIFA bildirib ki, 2027-ci ildə keçiriləcək ikinci U-15 turniri qızlardan ibarət komandalar üçün olacaq. 2028-ci ildən isə həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışlar təşkil ediləcək./Offsideplus.az/