Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər

Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər

Portuqaliya milli komandası Joze Mourinyonu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi düşünür.

NOCOMMENT.az xəbər verir ki, təklif mütəxəssisə Roberto Martinesin müqavilə müddəti bitdikdən sonra ediləcək.

Martinesin müqaviləsi 2026-cı il iyulun 31-dəkdir. Mourinyo hazırda “Benfika” komandasına rəhbərlik edir və klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Portuqaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Bu, Portuqaliya millisinin Dünya Kubokunda ardıcıl yeddinci dəfə iştirak etməsi deməkdir. Qarşıdan gələn 2026-cı il turniri 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. /oxu.az/