Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto

Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.\\unikal.az

Bizim Telegram səhifəsinə abunə olun